Ağdaşın Zeynəddin kəndi yaxınlığında qəza baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, "VAZ 2106" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Müxtəlif bədən xəsarətləri alan 2012-ci il təvəllüdlü Mustafayeva Mələk Famil qızı, onun 1952-ci il təvəllüdlü nənəsi Mustafayeva Həqiqət Nəriman qızı və 1967-ci il təvəllüdlü Gülnar Baba qızı İskəndərova xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.