Ağsuda rayonunda zəlzələ baş verib

Pirqulu stansiyasından 13 kilometr cənubda, Ağsu rayonunda zəlzələ qeydə alınıb.

APA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ 3 bal gücündə hiss olunub.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 01.52-də baş verib. 3,3 maqnitudalı zəlzələ ocağının dərinliyi 7 kilometr olub.