Amerikalı qadın bir gündə iki keçmiş həyat yoldaşını öldürdü

ABŞ-nin Florida ştatının sakini olan bir qadın eyni gün ərzində iki keçmiş ərini qətlə yetirməkdə şübhəli bilinir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Florida ştatının Manati dairəsinin şerif ofisi məlumat yayıb.

Məlumata görə, hadisə ötən həftə baş verib. Polis əməkdaşları yaşayış evində atışma ilə bağlı çağırışa gediblər və hadisə yerinə çatdıqda yaralı kişi aşkarlayıblar.

Hüquq-mühafizə orqanları həmin anda qadının daha bir keçmiş ərinin olduğunu aşkar edərək, onun evini də yoxlamağa qərar veriblər. Orada da kişi meyiti tapılıb.

Cinayətlərin motivi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.