Amur Qaz-Kimya Kompleksində ölənlərin sayı 7 nəfərə çatıb

Svobodnı şəhərində yerləşən Amur Qaz-Kimya Kompleksində baş verən yanğın və partlayış dalğasından sonra axtarış-xilasetmə tədbirləri zamanı daha 4 nəfərin cəsədi tapılıb.

Teleqraf Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla da faciə qurbanlarının ümumi sayı 7 nəfərə yüksəlib.

Bildirilib ki, həyatını itirənlərdən altısının Çin Xalq Respublikası vətəndaşı, birinin isə Rusiya Federasiyası vətəndaşı olduğu təsdiqlənib.

Hazırda hadisə yerində xüsusi xidmət orqanlarının araşdırmaları davam edir.

Xatırladaq ki, hadisə ötən gün günün birinci yarısında Amur Qaz-Kimya Kompleksinin tikinti meydançasındakı texnoloji sahələrin birində metanol çəlləyinin alovlanaraq partlaması nəticəsində baş verib.