Aralıq dənizində miqrant qayığı batdı, azı 50 nəfər həlak oldu

Afrikadan Avropaya keçməyə çalışan miqrantları daşıyan qayıq Aralıq dənizində batıb. Qayıqda olan azı 50 nəfərin həlak olduğu, yalnız bir nəfərin sağ qaldığı bildirilib.

Sherg.az xəbər verir ki, Malta rəsmiləri xilas edilən miqrantın Tunis sahilləri yaxınlığında bir yük gəmisi tərəfindən tapıldığını açıqlayıb. Sağ qalan şəxs Maltada müalicəyə götürülüb. Onun ifadəsinə əsasən, qayıqla dənizə çıxan miqrantlar təxminən 24 saat dənizdə qalıblar.

Qeyd edək ki, ötən həftə miqrantlara dəstək göstərən “Alarm Phone” adlı qrup Tunisdən yola çıxan, içərisində təxminən 150 nəfərin olduğu azı üç qayığın Aralıq dənizinin mərkəzi hissəsində itkin düşdüyünü bildirmişdi. Batan qayığın həmin qayıqlardan biri olub-olmadığı hələlik təsdiqlənməyib.