Argentinada güclü zəlzələ baş verdi

Argentinanın şimalındakı Santyaqo del Estero əyalətində 5,7 bal gücündə zəlzələ olub.

Teleqraf xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Anyatuya şəhərindən 38 kilometr şimal-qərbdə, ocağı isə 606 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.