Astarada keçmiş məhkumdan 10 kq narkotik vasitə aşkarlanıb
Yusif Nəzərli
04:50 22.01.2024
Hadisə
410
Astarada keçmiş məhkumdan 10 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA - nın cənub bürosuna verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş İman Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Həmin şəxsin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq onun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə edərək Ələt-Astara yolunun Şahağacı kəndindən keçən hissəsində yolun kənarında gizlətdiyi 7 kiloqram marixuana, 2 kiloqram heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm