Bakıda binada liftin qırılması zamanı yaralanan uşağın atası: “İlk hal deyildi” – YENİLƏNİB + VİDEO


Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralanan dörd yaşlı uşağın atası danışıb.

Sərxan Şərəfov Oxu.Az-a açıqlamasında bildirib ki, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binadakı lift nasaz olduğu üçün şaxtaya düşüb:

“Yeni binada belə bir problemli liftin olması absurddur. Dünən liftdə olanların hamısı xəsarət alıb, bir nəfərin beli sınıb. Mənim dörd yaşlı qızımın sağ ayağında sınıq var. Dünəndən üç xəstəxana gəzmişik”.

O bildirib ki, həmin binada liftin qırılaraq şaxtaya düşməsi ilk belə hadisə deyil:

“Qonşulardan aldığım məlumata görə, eyni binanın başqa blokunda bir dəfə də belə hadisə olub. Burada məsələ səhlənkarlıqdır. MTK-nı idarə edən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”.

16:35

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində xəsarət alanların arasında Milli Məclisin işlər müdiri Firudin Hacıyevin qızı ilə nəvəsi də olub. 

F.Hacıyev bəzi detalları Baku TV-yə danışıb: