Bakıda əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırıb

Bakıda 53 yaşlı əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Məlumata görə, rayonun Binə qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli qüsurlu Elşad Sadıqov yaşadığı evdə elektrik sobasına uzanaraq naqilə toxunub və elektrik cərəyanı vurması nəticəsində yanıb.

Faktla bağlı araşdırma aparılır.