Bakının Nərimanov rayonunda küçədə səs-küy salan qadın həbs edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə dekabrın 17-də baş verib.
Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Aybəniz Qafarova (ad-soyad şərti verilib – red.) həmin gün, səhər saat 05:00-da Nərimanov rayonu ərazisində səs-küy salıb.
O, sərxoş halda həmin ünvanda başqa bir şəxsin mənzilinin mənzilin qapısını döyüb və evin ona məxsus olduğunu bildirib, səs-küy salaraq bina sakinlərini narahat edib.
Həmin xanım ərazidə xidmət aparan polis əməkdaşlarının nizam-intizamına dəvət edilməsinə baxmayaraq səs-küy salmağa davam edib.
Qafarovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Qafarova 8 gün müddətinə inzibati qaydada həbs edilib.