Bakıda uşaq bağçasında yanğının yayılmasının qarşısı alınıb

Dekabrın 23-də 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil idarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.