Bakıda VƏHŞİLİK: 7 yaşlı körpəni....
Bakıda VƏHŞİLİK: 7 yaşlı körpəni....
11:20 04.10.2024
Hadisə
481
Bakıda ata-anası olmayan uşaq dilənməyə məcbur edilib.
Ürəksızladan cinayət hadisəsi Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü oğlan 1987-ci il təvəllüdlü İ. Ələsgərov tərəfindən zorla diləndirilib.
İ. Ələsgərov uşağı diləndirmək üçün onu hər gün döyüb və əllərinə siqaretlə dağ basıb. Bu yolla o, uşaqdan hər gün dilənməklə 30-120 manat arası məbləğ tələb edib. Azyaşlı hədə-qorxu altında bu tapşırığı yerinə yetirmək üçün Zabratda qapı-qapı dilənməyə məcbur olub. Bəxtsiz uşağın bu faciəvi həyatı 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək davam edib.
Məlumata əsasən, azyaşlının atası bir neçə il əvvəl onları atıb. Anası isə illər əvvəl dünyasını dəyişib. Uşaq yalnız nənəsinin himayəsində yaşasa da, yaşlı qadın ona baxa bilməyib. Azyaşlı zərərçəkəni dilənməyə məcbur edən İ. Ələsgərov isə onların qonşusu olub.
Uşağa qarşı bu qandonduran zorakılığın qarşısını polis əməkdaşları alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları İ. Ələsgərovu saxlayaraq, istintaqa təhvil veriblər. Onun barəsində Cinayət Məcəlləsinin 144-2.2.3-cü (məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib./Lent.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm