Bakıda yeniyetmə binadan yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.
Teleqraf xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
16 yaşlı Cahandarov Əli Elxan oğlu binanın üçüncü mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanın əməkdaşları araşdırma aparır.