Bakıda zəncirvari qəza olub

Bakıda zəncirvari qəza olub. 

Bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Dərnəgül yolunda bir neçə avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

“AzSamand”, “Volkswagen” və BMW markalı avtomobillərin toqquşması nəticəsində yolda sıxlıq yaranıb. 

Hadisə zamanı xəsarət alanlar barədə məlumat yoxdur.