Balakən şəhərində yerləşən N. Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın zamanı pilləkən qəfəsinin altında yerləşən təxminən 3 kvadratmetr sahədə kağız tullantıları və 0,5 paqon metr elektrik kabeli yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.