Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vurub

Bərdədə 54 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyərkən tövlədəki elektrik naqilinin açıq hissəsinə toxunub.

Nəticədə elektrik cərəyanının vurduğu M.Həsənov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.