Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, ölənlər 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmovadır.
Onların bacı olduğu bildirilir.
Qeyd edək ki, F.Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb.
19:32
Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfərin vəziyyəti açıqlanıb.
"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, dekabrın 27-si, saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
18:18
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, minik avtomobili Cənubi Muğan kanalının rayondan keçən hissəsinə düşüb.
Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.