Cəlilabadda avtomobil qadını vurdu

Cəlilabadda avtomobil yol keçən piyadanı vurub.

Teleqrafın Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.

İlkin məlumata görə, yolu keçmək istəyən qadını “Ford Transit” markalı avtomobil vurub.

Qəza nəticəsində piyada ağır xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.