Cəlilabadda faciəvi hadisə qeydə alınıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, olay rayonun Adnalı kəndində baş verib.
Kənd sakinləri Əsgər və Nurlan Əsgərov qardaşları arasında yaranan mübahisə zamanı Əsgər Əsgərov bıçağa əl atıb. Nəticədə 1979-cu il təvəllüdlü Nurlan Əsgərov iki bıçaq xəsarəti alaraq yaralı vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Məlumata görə, qardaşlar arasında mübahisələr tez-tez baş verirmiş.
Faktla bağlı araşdırma aparılır.