Daha bir sürücü–sərnişin DAVASI: bir-birini qarğış atəşinə tutdular – ŞOK VİDEO
Yusif Nəzərli
10:20 30.06.2022
Hadisə
973
Bu gün saat 11 radələrində Maştağa qəsəbəsi,Çiləgər adlanan ərazidən Koroğlu istiqamətdə hərəkət edən 131 nömrəli avtobusda sərnişinlər və sürücü arasında münaqişə yaşanıb. Səbəb isə sərnişinlərin ödənişi kart ilə yox nağd etməsi olub. Kirov ərazisdə avtobusa daxil olan sərnişinlər ərazidə terminal olmadığı üçün ödənişi nağd etmək istəyiblər. Sürücü isə onlara "Buranı Sədərək bazarı ilə səhv salmayın "- , deyərək kobud cavab verib. Sərnişinlər sürücüyə ərazidə terminal olmadığından "BakıKart" balansını artırmaq üçün həmin dayanacaqdan iki dayanacaq irəli getməyin lazım olduğunu bildiriblər: " Günün istisində bizim o qədər məsafəni necə gedək axı?".
Sürücü bildirib ki, bu onun problemi deyil.Yolboyu mübahisə daha da gərginləşib. Sürücünün kobud danışıq üslubuna dözə bilməyən sərnişinlərin böyük bir qismi məcburiyyətdən ünvana çatmadan digər dayanacaqlarda avtobusu tərk ediblər. Hiddətlənən sürücü daha öncəki günlərdə avtobusu saxladığı dayanacaqdan kənar yerlərdə saxlamayıb. Bununla da münaqişə yenidən alovlanıb.Qadın sərnişinlərdən biri ilə sürücü bir-birini qarğış atəşinə tutub. Nəticədə qadın avtobusu tərk edib.
Qeyd edək ki, 2021.10.15 tarixindən Maştağa qəsəbəsi - Koroğlu NMM üzrə hərəkət edən 131 nömrəli avtobus kart sisteminə keçib. Lakin hələ də ərazi üzrə dayanacaqların əksəriyyətində "BakıKart" terminalı quraşdırılmayıb.Bu səbəbdən "BakıKart" balansını artırmaq üçün sərnişinlər uzun məsafəni piyada qət edib terminal olan dayanacağa getməli olurlar. Daha öncəki günlərdə də məsələ bağlı sərnişinlər və sürücü arasında bir sıra problemlər yaşanıb. Ümid edirik ki, BNA tezliklə sürücülərlə sərnişinlərin qarşı-qarşıya qalmaması üçün müvafiq tədbirlər görəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi