“Dəmirin xanımın başına düşmə səbəbləri araşdırılsın” - Cəza!
Fidan Həmişəyeva
14:40 09.03.2021
Hadisə
711
2 gün öncə Bakıdakı küləkli hava bədbəxt hadisəyə səbəb oldu. Metronun 28 May stansiyası yaxınlığında tikinti sahəsi ətrafına çəkilmiş dəmir konstruksiya yerindən qopub. Külək o konstruksiyanı həmin vaxt ərazidən keçən qadının başına çırpıb.
Faktla bağlı cinayət işi başlanıb. Nəsimi rayon prokurorluğundan bildirilib ki, martın 7-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 1 ünvanında bir nəfər qadının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:
“Məlumat əsasında, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb”.
Baş verənləri “Sherg.az”a şərh edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, dünyasını dəyişən xanımın tikinti sahəsinə aidiyyəti yoxdur, o, sadəcə yoldan keçən şəxs olub. Ona görə də baş verənlər istehsalatda bədbəxt hadisə kateqoriyasına aid deyil:
“Lakin istənilən halda baş verənlər araşdırılmalıdır. Tikintini aparan sturukturlar müəyyən təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Həm işçilər, həm də kənar şəxslər üçün təhlükəsizlik təmin olunmalıdır. Bunu etməməyə görə cinayət məcələsinin 222-ci maddəsi var: tikinti, mədən və.s işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması. Maddədə qeyd olunur ki, ehtiyatsızlıq zamanı zərərçəkmiş şəxsin ölümü və digər ağır hadisələr baş verərsə, 4 ildən 12 ilədək müddəti azadlıqdan məhrum etmə cəzası var. Sözügedən hadisəni dəqiq araşdırmaq lazımdır. Dəmir parçasının nə üçün xanımın başına düşmə səbəblərini müəyyən etmək vacibdir. Tikinti aparan tərəfin səhlənkarlığı və ehtiyatsızlığına görə baş veribsə, cinayət işi açılmalı və araşdırma aparılmalıdır. Təbii ki, günahkar tərəf olarsa, mütləq cəzasını almalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat