Departament rəhbəri vəzifəsindən azad edildi

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişikliyi olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub.

Bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. QSC sədrinin digər əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub.