“Dərnəgül" metrostansiyası yaxınlığında yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon ərazisində ("Dərnəgül" metrostansiyası yaxınlığı) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində təqribən 500 m² sahədə quru ot, məişət və təkər tullantıları yanıb.

Əlavə məlumat veriləcək.