Diqqət! - Qidadan zəhərlənmə hallarını gizlətmək olmaz - Ölüm riski...
Yusif Nəzərli
10:57 15.11.2021
Hadisə
955
Qax rayonunun Əmircan kənd sakini,1991-ci il təvəllüdlü N.Məmmədov göbələkdən zəhərlənib. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Ötən gün isə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı iki nəfər daxil olub. Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, Füzuli rayonundan pomidor turşusundan zəhərlənən ata və qızı - 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva 12 noyabr tarixində xəstəxanaya yerləşdirilib.Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər. Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev gecə saatlarında dünyasını dəyişib. Aytac Mirzəyevanın isə vəziyyəti ağırdır.
Bu olay qida zəhərlənməsi mövzusunu yenidən gündəmə gətirdi. Zəhərlənməyə səbəb olan, bir çox hallarda bizi ölümlə üz-üzə qoyan göbələk və pomidor bağlaması kimi qidaların hazırlanmasında daha çox nəyə diqqət etməliyik?
Mövzu ilə bağlı “Sherg.az”a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov artıq 24 ildir AİB-nin bu məsələləri təhlil etdiyini söyləyib:
“Bu illər ərzində şahidi olmamışam ki,Azərbaycan həkimi bir şəxsin sənaye üsulu ilə hazırlanmış hansısa məhsuldan zəhərləndiyini desin. Çünki maraqlar konfilikti var. Hər bir sənaye üsulu ilə hazırlanmış məhsullara dövlət orqanları sertifikat verir”.
E.Hüseynov Azərbaycan mətbəxində evdə şoraba hazırlamaq kimi bir mədəniyyətsizliyin olduğunu vurğulayıb:
“Təəssüf ki, bu hal uzun müddətdir davam edir. Düşünürəm ki, buna bir son qoyulmalıdır. İnsanlar şoraba istəyirlərsə, sənayə üsulu ilə hazırlanmış olanlara üstünlük verməlidirlər. Qida mədəniyyətində şoraba arzuolunmaz bir qidadır”.
Göbələkdən zəhərlənmə hallarına gəlincə isə AİB sədri bu qidanın risqli məhsullar sırasında olduğunu bir daha diqqətə çatdırıb:
“Mənşəyindən asılı olaraq olduqca tez zəhərlənməyə səbəb olan bir qidadır. Bacardıqca bu məhsuldan uzaq durmaq lazımdır. Hər halda zəhərlənmə halları gizlədilmədikcə onlara qarşı daha yaxşı mübarizə apara bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya