Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətində leopard elektrik dirəyinə çıxarkən cərəyan vurması nəticəsində ölüb.
Sherg.az xəbər verir ki, hadisə Worcester şəhəri yaxınlığındakı Nuy vadisində baş verib. Yabanı təbiəti mühafizə təşkilatının məlumatına görə, yetkin erkək leopardın cansız bədəni gecə saatlarında dirək üzərində aşkarlanıb.
Mütəxəssislər bildiriblər ki, leopard ovlanmamaq və ya başqa bir leopardan qaçmaq məqsədilə dirəyə qalxmış ola bilər. Qeyd olunur ki, ötən il bölgədə azı 5 leopard insan fəaliyyəti nəticəsində həyatını itirib. Nəsli kəsilmək təhlükəsi altında olan leopardlar “Afrikanın Beş Böyüyü” sırasında yer alır.