Fransanın keçmiş baş naziri və Po şəhərinin indiki meri Fransua Bayru ağır qrip infeksiyası ilə şəhər xəstəxanasına yerləşdirilib.
Oxu.Az bu barədə BFMTV telekanalına istinadən xəbər verir.
Məlumata görə, 74 yaşlı siyasətçinin vəziyyəti tədricən yaxşılaşsa da, daha bir neçə gün həkim nəzarəti altında qalacaq. Bildirilib ki, F.Bayru dekabrın 5-də xəstələnib.
Qeyd olunub ki, bu ayın əvvəlində Fransada tənəffüs yolu infeksiyalarında artım qeydə alınıb.