Gəncədə 65 yaşlı kişi qətlə yetirilib

Gəncədə qətl hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “2705” dairəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü M. Musayev bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, həkimlərin yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.