Yanvarın 27-də saat 21:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
"Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, qıcolma və spazm diaqnozu təyin edilən, epilepsiya xəstəsi olan pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 22:40 radələrində ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib", deyə məlumatda qeyd olunub.
***
10.56
Gəncədə azyaşlı xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə şəhərində yerləşən xəstəxanaların birində baş verib. Daşkəsən rayon sakini 2021-ci il təvəllüdlü R.Ellazalıyeva müalicə aldığı xəstəxanada ölüb. Azyaşlının qıcolmadan öldüyü bildirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.