Gəncədə halı pisləşən 17 yaşlı oğlan ölüb

Gəncədə halı pisləşən 17 yaşlı oğlan ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, Kəlbəcər rayon sakini 2009-cu il təvəllüdlü İ.Allahverdiyev huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanda müayinə zamanı onun öldüyü məlum olub.

İlkin məlumata görə, yeniyetmənin repetitor yanında hazırlıqda olan zaman halı pisləşib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.