Gəncəyə yağışdan sonra sel gəlib - FOTO

Gəncəyə yağışdan sonra sel gəlib.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında güclü küləkdən sonra yağış yağıb.
Nəticədə sel gəlib, avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Hazırda yağışın yağması davam edir.