Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb

Bakıda 25 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.

APA-nın əldə etdiyi məlumata görə, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub.

Qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.