"Gülbalalar" yenə "gül" vurur
Şəymən Bayramova
08:39 08.07.2020
Hadisə
860
Bir ailənin iki xanımı yol "cəlladlarının" qurbanı oldu
Avtomobil kolleksiyasının mənbəyi, onların belə dəbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır
Daha iki vətəndaşlımız "İnamarka" maşını ilə yol-hərəkət qaydasına əməl etməyən məmur övladının qurbanı olub. Sabirabad sakini, Kamran Nəsirli sürətlə idarə etdiyi "Mercedes" markalı, 99 BS 755 dövlət nömrə nişanlı avtomobillə yolu keçərək qoşa xəttin üstündə dayanan, 1948-ci il təvəllüdlü Əliyeva Banu Məhəmməd qızı və onun qızı, 1971-ci il təvəllüdlü Niftəliyeva Hədiyyə Ağabala qızını vurub. Ana və qızı aldıqları xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Onlar Sabirabad xəstəxanasının işçiləri olub. Qeyd edək ki, K.Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur. Sürücü polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, ictimaiyyətin etirazına, cəmiyyətin narazılığına rəğmən məmur balalarının törətdiyi qəzaların ardı-arası kəsilmir. Hətta zaman-zaman bir çoxları barəsində ciddi tədbirlər görülsə də, oliqarx-məmur övladları harınlıqlarını davam etdirirlər. Həm də Azərbaycan Prezidentinin keçirdiyi müşavirələrdə dəfələrlə etdiyi sərt çıxışlara rəğmən. Xəbərdarlıqlardan dərs götürmək əvəzinə onlar daha çox ailənin faciəsinə səbəb olurlar.
Hadisəylə bağlı sosial şəbəkələrdə rəy yazan ictimaiyyət nümayəndələrinin fikrincə, ölkəmizin bugünkü vəziyyətində hansısa məmur övladlarının qanunsuzluğu cəmiyyətdəki narazılığa səbəb olur. Hüquq-mühafizə orqanları, ictimai təhlükəsizlik idarəsinin əməkdaşları bu məsələdə prinsipial olmalıdırlar. Onların ən kiçik xətalarına belə güzəştə getmək olmaz. Hətta onlar asayişi pozduğu halda kasıb uşaqlarından daha sərt cəzalandırılmalıdırlar. Əks halda onları yoluna düzmək bizim üçün çətin olacaq.
Yol təhlükəsizliyi məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, kriminal hadisəni araşdıran müstəntiq, prokuror və ya hakim onun törədilməsinin səbəb və şəraitini də aydınlaşdırmalıdır.
Bu zaman həmin səbəb və şərait fərqli hüquq pozuntuları ilə bağlı olduqda, onlar da müvafiq hüquqi prosedurlara uyğun araşdırılmalı və onlara da hüquqi qiymət verilməlidir. Qanunun bu tələbi konkret hal üçün o deməkdir ki, həmin "gülbalalar"ın avtomobil kolleksiyasının mənbəyi, onların belə dəbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır.
Əminəm ki, bu edilsə, həmin şəxslərin avtomobil kolleksiyasının müsadirəsindən tutmuş onları hərtərəfli himayə edərək gülbalaya döndərənlərin korrupsiya cinayətlərində ittiham edilməsinədək çox şeyə şahid olarıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə