Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi başlanıb
Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi başlanıb
11:55 14.10.2024
Hadisə
306
Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, əvvəllər məlumat verildiyi kimi, hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Həyata keçirilən kəsərli tədbirlər çərçivəsində, 2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (Baş İdarə), eləcə də tabe rayon (şəhər) prokurorluqları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və vətəndaşlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.
Belə ki, Baş İdarədə qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə SHXÇDX-dən daxil olmuş 29 material üzrə araşdırma aparılıb.
Bundan başqa, Baş İdarənin “161 Qaynar xətt” əlaqə mərkəzindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsaasında 33 material üzrə araşdırma araşdırılıb.
Həmin materiallardan 8-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır, digər materiallar üzrə isə araşdırma davam etdirilir. Habelə, 2 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub.
Qeyd olunan dövr ərzində aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.
Baş İdarə tərəfindən qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 2 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində 2 cinayət işi başlanaraq istintaqı tamamlanmaqla aidiyyəti üzrə məhkəmələrə göndərilməsi təmin edilib.
Bundan başqa, qeyd olunan dövr ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı tabe rayon (şəhər) prokurorluqlarında araşdırmalar aparılıb, nəticədə 56 cinayət işi başlanıb, 448 nəfər hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə SHXÇDX-yə təqdim edilib.
Həmçinin, 2024-cü ilin oktyabr ayınadək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.
Hərbi xidmətə çağırış sahəsində qanunsuzluqlara qarşı mübarizə tədbirləri bundan sonra da aidiyyəti dövlət orqanları ilə birgə davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya