
İlhan Aşkının Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçiriləcək
10:07 15.05.2024
Hadisə
544
Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının mayın 15-də saat 15.00-da Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçiriləcək.
Sherg.az xəbər verir ki, keçən il Niderlandda İlhan Aşkın Lahey məhkəməsinin qərarı ilə 1000 avro məbləğində cərimə olunub və iki aylıq həbs cəzasına məhkum edilib.

2020-ci ilin oktyabr ayında Gəncəyə raket hücumları ilə əlaqədar Haaqada Ermənistan səfirliyi önündə İlhan Aşkının çıxışlarına görə ermənilər onu məhkəməyə veriblər. Lakin İlhan Aşkın apellyasiya şikayəti verib və sabah məhkəmə keçiriləcək. İlhan Aşkın keçirdiyi mitinqlərdə erməniləri terrorçu, təcavüzkar kimi tanıtmaqda, həmçinin erməniləri Qarabağdan çıxıb getməyə, torpaqlarımızı məcburi tərk etməyə səsləməsi ilə, buna misal 2020-ci il fevralın 26-da Xocalı Soyqırımı ildönümündə, İlhan Aşkının mitinqdə çıxış edərək, ermənilərə "Qarabağdan çıxın, oralar sizin torpağınız deyil! Oralar sizə məzar olacaq!” dediyi sözlərə görə ittiham olunur. Bundan başqa, ikinci Qarabağ müharibəsindən sonra minalanmış sahələri təmizləmək üçün "ermənilərdən xəritəni əldə etməyin yolu, erməni əsirlərini həmin ərazilərdə gəzdirməkdir" kimi fikirlərinə görə də ittiham olunur.
Bütün bunlar Niderland Krallığının qanunlarına görə ermənilərə qarşı iğtişaş kimi qəbul olunur.
İlhan Aşkınin diasporanın fəaliyyətində rolu çox böyükdür. İlhan Aşkın 44 günlük Qarabağ müharibəsindən sonra 100-dən artıq əlil arabasının ölkəmizə gətirib I və II Qarabağ müharibələrinin qazilərinə paylanmasının təşkilatçısı olmuşdur.
Azərbaycanın bütövlüyü uğrunda, erməni separatçılarına qarşı mücadilə aparan, daim bizimlə, yanımızda olan İlhan Aşkının bu gün biz yanında olmalı və ona dəstək verməliyik.
Ədalət, haqq yerini tutmalıdır!
ATXƏM İB-nin Sədri İlham İsmayılov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə