İmişli rayonunda şin partlayışı zamanı ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib.
Teleqraf-ın xəbərinə görə, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb.
Belə ki, qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini həyata keçirən usta xəsarət alıb.
Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.