İranda təyyarə qəzasında həlak olan 166 nəfərin kimliyi bəlli olub
09:05 16.01.2020
Hadisə
636
8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanlardan 166 nəfərinin kimliyi bəlli olub.
Trend-in məlumatına görə, bunu İranın Tehran vilayəti Tibbi Ekspertiza İdarəsinin baş direktoru Mehdi Foruzeş Tasnim informasiya agentliyinə açıqlamasında deyib.
M.Foruzeşin sözlərinə görə, hələlik 10 nəfərin ailəsi tibbi ekspertizaya müraciət etmədiyi üçün onların kimliyi bəlli olmayıb. Onların 5 iranlı, 5-i isə əcnəbi vətəndaşdır.
İdarə rəsmisi indiyədək 110 nəfərin, o cümlədən bir neçə Əfqanıstan vətəndaşının meyitinin ailələrinə təhvil verildiyini deyib.
Foruzeş deyib ki, ehtimal üzrə bu gün Ukrayna vətəndaşlarının meyitləri aidiyyəti üzrə təhvil veriləcək.
Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət