Keçmiş sevgililər başından vurulmuş halda tapılıb

İstanbul Bakırköydə keçmiş sevgililər başından güllələnmiş halda tapılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  kafedə ofisiant işləyən Alper Balcı (20) iyulun 16-da keçmiş sevgilisi Suna Tanrıkulu (20) ilə 4 mərtəbəli binanın zirzəmisində görüşüb. Bir müddət sonra binadan  iki atəş  səsi eşidilib.

Alper Balcı iddiaya görə, A.C. adında dostuna zəng edərək “Suna özünü vurdu, tez gəl” deyib. A.C.-nin məlumatından sonra  polis və sağlamlıq qrupları hərəkətə keçib. Balcı və Tanrıkulu sol döş qəfəsindən güllə yarası ilə tapılıb. Alper Balcının həyatını itirdiyi müəyyən edilib, ağır yaralanan Suna Tanrıkulu xəstəxanada müalicə altına alınıb.

Hadisənin intihar və ya qətl olduğu araşdırılır.

Turan