Küçədə silahlı uşaqlar təşviş yaratdı - FOTO

Türkiyənin Tekirdağ bölgəsinin Süleymanpaşa rayonunda 22 yanvarda küçədə silah tutan uşaqların ətrafda təşviş yaratdığı bildirildi. Lakin aparılan araşdırmada uşaqların əlindəki silahların oyuncaq plastik tapança olduğu müəyyən edilib.

Sherg.az xəbər verir ki, uşaqların kimliyi D.E. (17), G.E. (13), O.T.P. (16) və M.T. (13) olaraq təsdiqlənib və prosedurlar tamamlandıqdan sonra ailələrinə təhvil veriliblər.