Lənkəranda dəhşət: “Hamama kişi salmısan” deyərək qadını döydülər
09:47 21.01.2020
Hadisə
562
Yanvarın 12-si Lənkəran şəhəri, Vidadi küçəsi, ev 315 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Quliyeva Gülnarın yaşadığı ünvana qonşusu basqın edib. Hadisə nəticəsində onu və oğlunu döyüblər.
Sonxeber.az xəbər verir ki, hadisə haqqında sayta danışan şikayətçi Gülnar xanım ayın 12-si, gecə saat 1 radələrində oğlunun yuyunmaq üçün hamama girdiyini və hadisənin elə bundan sonra yaşandığını bildirib:
“Oğlum yuyunmaq üçün hamama girdi. İsti su gəlmədi. Uşaq hamamdan suyun gəlmədiyinə görə səsləndi. Su qızdırıcı aşağıda, birinci mərtəbədə yerləşdiyi üçün mən həyətə düşüb qazın gəlib-gəlməməsini yoxlamaq istədim. Sonra qızımı çağırıb açarı götürməyini və qaz sayğacını açmaq üçün mənimlə birgə küçəyə çıxmasını xahiş etdim. Mən qapıya yaxınlaşanda işıq da söndü.
Telefon mağazasında işlədiyimə görə iş telefonu əlimdə idi. İşığı yandırıb qaz sayğacına yaxınlaşanda hasar qonşumu gördüm. Yəni Bəxtiyar və iki oğlu - Hafiz və Bəxtiyar küçədə idilər.
Elə bu vaxt onlar “hamama kişi salmısan” deyərək üzərimə hücum çəkdirlər”.
Şikayətçi bildirir ki, qonşuları ona hücum edəndə oğlu hamamdan sabunlu-sabunlu çıxaraq köməyə gəlib. Bu zaman ata və oğulları qadının oğlunun başından sıxaraq, əyib başına vurublar:
“Mənim də başıma, üzümə və dodağıma yumruqla vurdular. Bəxtiyarın həyat yoldaşı da kənardan izləyirdi. Həmin evdə kirayə qalıram, ev yiyəsi Rusiyada yaşayır. Hücum çəkilən zaman mən “WhatsApp” videozəngi ilə ev sahibini görüntülü yığdım. Həmin an Bəxtiyar zorla telefonu əlimdən alıb öz gödəkçəsində gizlətdi”.
Şikayətçi hadisənin qəsdən quraşdırılaraq törədildiyini bildirib.
Qadının dediyinə görə, qonşuları bəhanə ilə ona “səs gəlir, bizi narahat edir, hamama saldığın özgə kişidir” deyərək şər atıb. Zərərçəkmiş qadın hadisəni bəhanə kimi dəyərləndirib. Qadın, bəlkə də, qonşularının evin sahibi ilə və yaxud da hansısa münaqişə zəminində belə hərəkət etdiyini açıqlayıb:
“Qazı söndürdülər ki, mən küçəyə çıxım, məni döysünlər. Məni hətta evi yandırmaqla hədələdilər. Uşaqlarım səs-küy edən uşaqlar deyil. Hamısı bəhanələrdir”.
Polisə müraciət etdiyini deyən zərərçəkən qadın bir ay tamam olandan sonra işə baxacaqlarını bildirib. Zərərçəkən qadın əlindən alınan telefonda isə içərisində böyük məbləğdə sənədlərin olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət