Lənkəranda qadın qətlə yetirilib, əri şübhəli sayılır - YENİLƏNİB
Yusif Nəzərli
08:22 24.08.2025
Hadisə
301
Avqustun 24-də saat 09 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, ilkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
saat 11.27
Lənkəranda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Qətlə yetirilən Əfsanə Lələzadənin dayısının APA-nın cənub bürosuna verdiyi xəbərdə bildirir ki, qadın və həyat yoldaşı Nicat Lələzadə 5 ilə yaxındır ayrı yaşayıblar.
Qeyd edilib ki, Əfsanə Lələzadə boşanmaq istəsə də, Nicat Lələzadə buna etiraz edib. "Bu gün Nicat səhər saatlarında Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükanın qabağına gələndə ona yaxınlaşıb, aralarında yaranan mübahisə zəminində özü ilə gətirdiyi bıçaqla ona bir neçə zərbə endirib. Əfsanə xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb".
***
saat 10.15
Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri könüllü polisə təslim olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək təslim olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
saat 09.52
Lənkəranda qadın qətlə yetirilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.
1995-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.
APA-nın əldə etdiyi məlumata görə, Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm