Lənkəranda köməksiz vəziyyətdə avtobus altında qalan şəxs xilas olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.
Sürücü 1970-ci il təvəllüdlü Taleh Abdin oğlu Məhərrəmov təmir işləri apararkən avtobus üzərinə düşüb, o, sıxılmış, köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə hissəsinin xilasedicilərinin canlı qüvvəsi və texnikası cəlb olunub. Görülən operativ tədbirlərlə avtobus altında sıxılaraq köməksiz vəziyyətdə qalan Taleh Məhərrəmov çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.