Türkiyənin Bursa bölgəsində qəribə hadisə yaşanıb. 2 yaşlı 2 körpə eyni vaxtda eyni xəstəlikdən əziyyət çəkir. Körpələrin ikisinin də adı Zeynəbdir. İkisində də qara ciyər çatışmazlığı var. Hər ikisinə də atalarının qara ciyərindən transplantasiya edilib və eyni xəstəxanada! “Sherg.az” eyni taleyi paylaşan 2 körpə haqqında “NTV.com.tr”yə istinadən xəbər verir. Körpələrdən biri Zeynəb Çelik, digəri isə Zeynəb Alyadır. Körpələrin səhhətində yaranan problem səbəbiylə valideynləri onları xəstəxanaya gətirib. Burada isə məlum olub ki, hər iki körpədə qara ciyər çatışmazlığı var. Körpələrə qara ciyər transplantasiyası lazım gəlib. Hər ikisinin də donoru ataları olub. Zeynəb Alyanın valideynləri 4 il əvvəl evləniblər. Bu evlilikdən Münəvvər və Əmrə Sakaryanın qız övladları dünyaya gəlib. Adını Zeynəb qoyublar. Körpə həddindən çox ağlağan olub. Valideynləri onu həkim müayinəsinə aparıb və xəstəlik bu zaman üzə çıxıb. Testlərdə atanın qan və toxuma nümunələri körpəninkilərlə uyğun gəlib. 6 saat çəkən əməliyyat zamanı atanın qara ciyərindən bir parça körpəyə nəql edilib. Körpə Zeynəb atasının sayəsində həyata bağlanıb. Körpənin atası Əmrə Sakarya qorxunc xəstəliklə üz-üzə gəldiklərini danışıb: “Hər an körpəmizi itirmək qorxusu ilə yaşayırdıq. Ona yedirəcəyimiz yeməyi tərəzidə ölçürdük, sonra verirdk. Anlayırdıq ki, bu, uzun müddət davam edə bilməz. Çarə tapmalıyıq. Uludağ Universitetinə müraciət etdik. Həkimlər mütləq qara ciyər nəqli olmasını tövsiyə etdilər. Çox şükür ki, mənim qara ciyərim körpəmin qan və toxuma hüceyrələriylə uyğun gəldi. Əməliyyat uğurlu keçdi, indi rahatıq daha”. Körpə Zeynəbin müalicəsi davam etdiyi günlərdə Əmrə Sakarya xəstəxanada başqa bir körpənin atasıyla tanış olub. Məlum olub ki, bu körpədə də qara ciyər çatışmazlığı var. Körpənin adının Zeynəb, 2 yaşının olduğunu biləndə hər iki tərəf bu təsadüfə təəccüb edib. Əminə və Əhmət Çelik ailəsi də Bursada yaşayır. Onların dünyaya gəlmiş övladları körpə ikən sarılıq xəstəliyndən vəfat ediblər. Sonra qız övladları olub və onun adını Zeynəb qoyublar. Körpə Zeynəbin də səhhətində problemlər yarandıqda həkimə müraciət ediblər və körpənin xəstəliyi müəyyənləşib. Körpə Zeynəbin də atasının qara ciyəri uyğun gəlib və o da bu xəstəxanada əməliyyat edilib. Xəstəxanada qarşılaşmalarını taleyin xoş təsadüfü sayan valideynlər sevinclərini bölüşüblər.
- Son Xəbərlər
- Gündəm
- COP29
- Siyasət
- Cəmiyyət
- Hadisə
- İqtisadiyyat
- Tarix
- Müsahibə
- Dünya
- İdman
- Elm və Təhsil
- İnfrastruktur
- Futbol
- Son dəqiqə
- Qarabağ
- Mədəniyyət
- Cənubi Qafqaz
- Rəsmi
- Yazarlar
- Reportaj
- Media
- Fotoqalereya
- Arxiv
- Şou
- Relaks
- Aktual
- Ədəbiyyat
- Sağlamlıq
- Texnologiya
- Sosial
- Hərbi
- Region
- Ölkə
- Ekologiya
- Maraqlı
Son xəbərlər
Maraqlı təsadüf: Adları, yaşları, xəstəlikləri də eynidir
09:04 12.03.2024
Hadisə
638
Bizi YouTube-da izləyin
Video xəbərlər, reportajlar və müsahibələr kanalımızda.
Abunə ol
Bizi Facebook-da izləyin
Günün əsas xəbərləri Facebook səhifəmizdə.
İzlə
Bizi TikTok-da izləyin
Qısa videolarla ən maraqlı xəbərlər TikTok-da.
İzlə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılıb
13:27 25.11.2026
Gündəm
Ceyhun Bayramov: İran ətrafında vəziyyət sabitləşməyib
13:26 25.11.2026
Gündəm
Bağça müəllimlərinin işə qəbulu başlayır
13:23 25.11.2026
Elm və Təhsil
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
12:50 25.11.2026
Elm və Təhsil
Yardımlıda 7 yaşlı uşaq çayda boğularaq ölüb - YENİLƏNİB
12:49 25.11.2026
Hadisə
İranın TRIPP-ə təzyiqləri nəticəsiz qalacaq - Politoloq
12:48 25.11.2026
Gündəm
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
12:21 25.11.2026
Gündəm
Dünyanın ən gözəl qızının adı açıqlandı
11:57 25.11.2026
Şou
Xətainin heykəli üzərində rusca yazı: ekspert qrupu yaradıldı
11:44 25.11.2026
Mədəniyyət
Bu almaların biri 40 dollara satılır - FOTO
11:37 25.11.2026
Maraqlı
Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib
11:27 25.11.2026
Gündəm
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilıb
11:00 25.11.2026
Aktual
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
10:37 25.11.2026
Elm və Təhsil
Bu rüsum 4 dəfə azaldılır
10:21 25.11.2026
İqtisadiyyat
“Giləzi-Quşçuluğ”un direktoru həbs edildi
10:18 25.11.2026
Hadisə
Azərbaycanlı tələbələr Türkiyədə təqaüdlə təhsil alacaqlar
10:16 25.11.2026
Elm və Təhsil
UEFA Çempionlar Liqası: "Sabah" bu gün "Barselona”nı qəbul edir
10:11 25.11.2026
Futbol