Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyənin Sülh Cəza Məhkəməsində Çatalca Geri Göndərmə Mərkəzində saxlanılması ilə bağlı şikayətinə baxılıb.

Teleqraf xəbər verir ki, bu barədə o, özünü feysbuk hesabında paylaşım edib.

Məhkəmə onun İdari Məhkəmə qərarına qədər olan müddətdə qapalı şəraitdə qalması ilə bağlı qərar verib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli noyabrın 30-da Türkiyədə saxlanılıb. Onun barəsində 5 illik deport qərarı çıxarılıb.

G.Hacıbəylidən daha öncə isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim saxlanılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Onların həbsi Prezident Admistrasiyasnın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə davam edən istintaqla bağlıdır.