Dünya futbolunun ulduzu Lionel Messinin bacısı María Sol Messi ABŞ-ın Mayami şəhərində baş verən ağır yol-nəqliyyat qəzası nəticəsində xəsarət alıb.
Sherg.az xəbər verir ki, məlumata görə, Sol Messi həyati təhlükəni adladıb, lakin onurğa sınıqları və yanıq xəsarətləri alıb. Hazırda onun uzunmüddətli reabilitasiyaya ehtiyacı var.
3 yanvar tarixində keçirilməsi planlaşdırılan toy səhhətindəki problemlər səbəbilə təxirə salınıb.