MTN generalının əmlakları geri qaytarıldı - FOTO
Yusif Nəzərli
08:44 09.02.2023
Hadisə
542
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanovla bağlı hökm və qərara müsadirə olunmuş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün təqdimat verilib.
Lent.az xəbər verir ki, Ali Məhkəmənin sədri tərəfindən verilmiş təqdimat onunla əsaslandırılıb ki, daxil olan müraciətlərə əsasən müsadirə olunmuş əmlaklar cinayət əməlinin əhatə etdiyi dövrdən kənar vaxtda əldə olunub. Bundan başqa ərizəçilər həmin əmlakları qanuni yolla əldə etdiklərini, təqsirləndirilən şəxsin cinayət işində hər hansı formada iştirakçı olmadıqlarını bildiriblər.
Bunları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 2019-ci il tarixli qərarının əmlaklarla bağlı hissəsinin ləğv edilməsi, Bakı şəhərində fərqli ünvanlarda yerləşən iki mənzilin və Masallı rayonunun Qızılavar kəndində yerləşən 0,0636 ha torpaq sahəsinin üzərində olan yanacaqdoldurma məntəqəsinin müsadirədən azad olunması xahiş olunub.
Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.
Qərara əsasən, iki mənzil və 0,0636 ha torpaq sahəsinin üzərində olan yanacaqdoldurma məntəqəsi müsadirədən azad olunaraq ərizəçilərə qaytarılıb.
Qeyd edək ki, Ali Məhkəmənin 2021-ci il tarixli qərarı ilə Sübahir Qurbanovun Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi də müsadirədən azad olunub.
Xatırladaq ki, Sübahir Qurbanov bir neçə nəfər nazirlik əməkdaşı ilə birgə 2015-ci ildə həbs edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Natəvan Mirvətova da 5 il sınaq müddətli şərti cəza alıb.
Cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklar müsadirə olunub, təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün təqdimat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya