Müayinəyə gedən xəstənin klinikada ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
07:34 23.01.2020
Hadisə
626
Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində xəstəxanaya müraciət edən 67 yaşlı kişi ölüb. İlkin məlumata görə, xəstə Şamil Nəbiyev həkim səhlənkarlığı nəticəsində vəfat edib.
Oxu.Az məsələ ilə bağlı Mingəçevir şəhərində yerləşən “Nərgiz” Klinikası ilə əlaqə saxlayıb.
Klinikanın baş həkimi İlham Yusubov bildirib ki, həkim səhlənkarlığından söhbət gedə bilməz:
“Yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Şamil Kamal oğlu həyat yoldaşı və qızı ilə xəstəxanaya müraciət edib. Xəstə ağciyər və ürək çatışmazlığından əziyyət çəkib.
Xəstəxanaya daxil olan zaman o, 280 təzyiqlə çox ağır vəziyyətdə olub. Ş.Nəbiyev bir neçə ay bundan öncə başqa klinikada qasıq yırtığından əməliyyat olunub. Həmin gün də cərrahın yanına gedirmiş.
Yolda vəziyyəti pisləşdiyi üçün cərrah onu həkimə yönləndirib. Ş.Nəbiyev daha əvvəl də bizim klinikanın kardioloqu Tural Allahverdiyevin xəstəsi olduğu üçün birbaşa klinikaya gəlib. Həkimlər dərhal xəstəyə tibbi yardım göstəriblər. Bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Məsələ ilə bağlı da aidiyyəti orqanlara məlumat verilib”.
Xatırladaq ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb. Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən meyidə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət