Müştəri sifarişdən imtina edən taksi sürücüsünü döydü

Sumqayıtda “Yeni Həyat” şadlıq sarayının qarşısında dayanan taksi sürücüsü toydan çıxan sərxoş kişi tərəfindən döyülüb.

Teleqraf-ın məlumatına görə, buna səbəb taksi sürücüsü Məmməd Qurbanovun müştəri kimi müraciət edən Sadiq Turabovun (ad-soyadlar şərtidir) sifarişindən imtina etməsi olub.

Belə ki, Sadiq taksi sürücüsünə onu Sahil qəsəbəsinə aparmasını istəyib. Lakin müştərinin sərxoş olduğunu görən sürücü bundan imtina edib. Bundan sonra Sadiq Turabov 1997-ci il təvəllüdlü Məmmədə yumruq zərbəsi endirib, nəticədə sürücünün burnu qırılıb.

İş üzrə materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.