Partlayışda azərbaycanlı model də yaralanıb

Türkiyədə yayımlanan məşhur “İşte benim stilim” proqramının üçüncü sezon iştirakçısı, azərbaycanlı model Təranə Rzayeva (Merlin Təranə) dünən baş verən partlayışda ağır yaralanıb.

Sherg.az Olay.az-a istinadən xəbər verir ki, hadisə zamanı beton parçaları onun üzərinə düşüb.

O, hazırda xəstəxanada müalicə olunur. Vəziyyətinin ağır olduğu söylənilir.