Qadın burun əməliyyatından sonra dünyasını dəyişib

İstanbulun Beylikdüzüdəki tibb mərkəzində burun əməliyyatından sonra ayağa qalxa bilməyən qadın dünyasını dəyişib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  Seher K. (28) burun əməliyyatı etmək üçün səhər saatlarında Yakuplu Mahallesi Osmanqazi küçəsində yerləşən tibb mərkəzinə gedib.

Ümumi anesteziya ilə əməliyyat olunan Seher K, sonradan  bütün əməliyyatlara baxmayaraq oyandırıla bilməyib.

Yaxınlıqdakı başqa xəstəxanaya köçürülən Seher K-nin öldüyü müəyyən edilib.

Hadisədən sonra xəstəxanaya gələn yaxınları əsəb böhranı keçirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Turan