
Qadının öd kisəsindən çıxanlar həkimləri TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Yusif Nəzərli
10:53 09.02.2023
Hadisə
1293
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti ağır durumda olan xəstənin üzərində uğurlu əməliyyat aparılıb.
"Medicina" xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının qastroenteroloqu Fərahim Məmmədzadə bildirib ki, xəstə mədəsinin üstündə kəskin dözülməz ağrı ilə müraciət edib.
Məlum olub ki, digər klinikada xanımdan heç bir analiz götürmədən ona parazitlərə qarşı ağır dərman təyin olunub. Bu preparat isə xəstənin mədəsində tutma xarakterli sancı yaradıb:

“Lakin müayinə zamanı xəstənin mədəsində problem olmadığını aşkarladıq. Ağrının formasından öd yollarının ağrısı mədənin üstünə epiqastral nahiyyəyə yönəlib. Öd kisəsi sağ qabırğaya ağrı verir, öd yolunda daş olanda isə mədənin giriş hissəsinə, döş qəfəsinin bitəcək hissəsinə ağrı verir. Digər əlamətlərə görə, öd yolunda daşlardan şübhələndiyimizdən xəstəyə MRT təyin olundu. Cavabında öd yollarında ölçüləri 5 mm-dən 3 sm-ə qədər 100-dən çox daş aşkarlandı”.
Fərahim Məmmədzadənin apardığı əməliyyat zamanı xəstədə ERCP əməliyyatı icra olunub, sfinkter kəsiyindən daşlar çıxarılıb. Ən böyük daşın çıxarılması mümkün olmadığına görə, onun yanına stend taxılıb. Müəyyən müddət ərzində həmin daşı əridəcək və sonradan onun çıxarılması rahat olacaq.
Qastroenteroloqun sözlərinə görə, RCP əməliyyatı olunmuş xəstələrdə yenidən daşların əmələ gəlmə ehtimalı çox azdır. Çünki sfinkter kəsilmiş olduğundan, növbəti durğunluq zamanı yaranmış qumlar, kiçik daşlar öd yolunda ləngimir. Uzun illər sonra daş yaranmış olsa belə, xəstə yenə əməliyyatsız üsulla bu daşlardan azad olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya